Tarix : 2014 Apr 23
Kod 42626

Rauf Mirqədirovun xəyanətə ittiham olunmasına münasibət bildirmək çətindir

Bu sözi açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Ayna -Zerkalo” icmalçısı Rauf Mirqədirovun həbsi ilə bağlı danışarkən bildirib

Arannews - “Rauf Mirqədirovun dövlətə xəyanətə ittiham olunmasına münasibət bildirmək çətindir. Çünki bizim əlimizdə faktlar yoxdu. Hər halda hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və onun işi ilə bağlı araşdırma aparılır”.

Bu sözləri açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Ayna -Zerkalo” icmalçısı  Rauf Mirqədirovun həbsi ilə bağlı danışarkən bildirib.

A.Nağı vurğulayıb ki, QAT “xalq diplomatiyası”nda hansısa formada iştirakın qəti əleyhinədir.

“ Hesab edirik burada ən azından iki təhlükəli məqam var. “Xalq diplomatiyası” xətti ilə Yerevana gedən jurnalistlərimizin, QHT nümayəndələrinin, rəsmi nümayəndələrin bu səfərləri Ermənistanın maraqlarına cavab verir. Çünki, kənardan beynəlxalq təşkilatların nəzərində belə bir fikir yaranır ki, Azərbaycanla Ermənistan arasında heç bir problem yoxdur və əməkdaşlıq edirlər. Təbii ki, bu da Azərbaycanın maraqlarına cavab vermir”.

QAT sədrinin sözlərinə görə, belə səfərlərin iştirakçılarının  Ermənistan xüsusi xidmət orqanları tərəfindən ələ alınması üçün çox münbit bir şərait yaradır.

“Səfər gedişində onları elə bir təhlükəli vəziyyətə sala, qorxuda, şəkil və videolarla şantaj edə bilərlər. Ona görə də hesab edirəm ki, bu da Rauf Mirqədirov məsləsi üzərinə müəyyən mənada aydınlıq gətirmək üçün əlavə bir fakt kimi ortaya çıxır”.

Akif Nağı Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusun ünvanına ittihamlar səslənidir.

“Mən  Sülh və Demokratiya İnstitunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunusun bu məslə ilə bağlı fəallığını müşahidə edirəm.

Amma mənə çox qəribə gəldi ki, Leyla xanım  Rauf Mirqədirovu müdafiə etmək üçün özünü qabağa verərərək günahkar olduğunu və həbs olunmasını deyir. Deyir ki, Rauf Mirqədirovun həbsi ermənilərlə alternativ münasibətlərin qarşısını alır. Bu nə deməkdir axı? Bu hansı məntiqə sığır axı? Ermənilərlə nə üçün alternativ görüşlər olmalıdır axı? Mən anlamıram bunu. Deməli bunlar açıq şəkildə Azərbaycan deyil də, hansısa xarici qüvvələrin maraqlarına xidmət edirlər. Bu gün də özlərini elə təqdim eləmək istəyirlər ki, onlar ermənilərlə münasibət qurduqlarına görə, onlara qarşı təzyiqlər var”.


  • Yazılıb
  • da (də) 2014 Apr 23