Tarix : 2014 Apr 23
Kod 42624

Türkiyə-Amerika sənaye-ticarət palatasının sədri erməni seçilib

palatanın sədri milliyyətcə erməni olan Aret Taşçyan seçildi

Arannews - ABŞ-da türk iş adamlarının yaratdığı Türkiyə-Amerika sənaye-ticarət palatasının sədri erməni seçilib. Türkiyə mətbuatı xəbər verir ki, palatanın sədri milliyyətcə erməni olan Türkiyə vətəndaşı Aret Taşçyandır. Sənaye-ticarət palatasının idarəetmə şurasının 12 üzvü onun namizədliyinin leyhinə,  7 nəfər isə əleyhinə səs verib.

Qeyd edək ki, 2004-cü ildə Nyu-Yorkda yaradılan sənaye-ticarət palatası ABŞ və Türkiyə iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsinə dəstək məqsədilə yaradılıb.

Sədr seçilən Aret Taşçyan dəniz daşımaları və gəmilərin sığrtalanması üzrə ixtisaslaşan “OMNİ” firmasının ABŞ nümayəndəliyində çalışır. Türkiyə mətbuatının məlumatına görə,  Taşçyan uzun illər Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğana məxsus yük gəmilərinin sığortalanması ilə məşğul olub.  


  • Yazılıb
  • da (də) 2014 Apr 23