Tarix : 2014 Apr 22
Kod 42617

Rus dilində danışan Azərbaycan vətəndaşllari Rusiya pasportu ala biləcəklər

Rusiya vətənaşalığı almaq istəyən şəxslərdən sadəcə müsahibədən keçmək tələb olunur

Arannews - Federasiya Şurası RF vətəndaşlığı almağı sadələşdirən qanun layihəsini təsdiq edib. Qanun layihəsinə görə, rus dilində sərbəst danışan şəxslər Rusiya pasportu ala biləcəklər.

yeni qanun layihəsində sadələşdrilimiş qaydada pasport almaq keçmiş SSRİ və ya Rusiya imperiyası ərazisində yaşayanlara da şamil ediləcək. Rusiya vətənaşalığı almaq istəyən şəxslərdən sadəcə müsahibədən keçmək tələb olunur. Bu müsahibənin nəticəsinə görə vətəndaşın rus dili daşıyıcısı olduğu təsdiq edilir. Müsahibədə vətəndaşın bilik səviyyəsi deyil, sadəcə rus dilini bilməsi əsas götürülür.

RF vətəndaşlığına sənədin qəbul müddəti də hazırda qüvvədə olan qanundakına nisbətən qısaldılıb. Belə ki, yeni layihədə bu prosedur üç aydan çox zaman almamalıdır.


  • Yazılıb
  • da (də) 2014 Apr 22