Tarix : 2014 Apr 22
Kod 42615

ANS kanalı İranda media fəaliyyəti üzrə lisenziya aldı

İran İslam Respublikası hökuməti ANS kanalının fəaliyyətni İranda rəsmiləşdirdi
İran İslam Respublikası hökuməti ANS kanalının fəaliyyətni İranda rəsmiləşdirdi.
Bununla bağlı rəsmi lisenziya Səfir Möhsün Pakayin tərəfindən ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevə verilib.
Azərbaycan Respublikasının rəsmi informasiya agentliyi "AzərTAC" da İran İslam Respublikası dövlətinin verdiyi rəsmi linsenziya ilə fəaliyyət edir.
Bütün bunlara baxmayaraq, son dövrlərdə Azərbaycan Respublikasının hökumət organlarının İran Teleradio Təşkilatının Bakı ofisinə qarşı təzyiqləri davama edir.
O cümlədən İranın Teleradio Təşkilatının SƏHƏR kanalının Azərbaycan Respublikasında yerli müxbiri Anar Bayramlının həbs olunması və on ay həbsdə saxlanılması, habelə İRİB-nin Bakı müxbirinin iki il öncə Azərbaycandan çıxarılması bu təzyiqlərdəndir.
ANS telekanalı keçən illərdə Azərbaycanda anti-İran təbliğatlar aparmaqda ad qazanmışdı.
ANS telekanalı davamlı olaraq qondarma "Cənubi Azərbaycan" terminindən istifadə etməklə İranı Ermənistanı himayədə ittiham edirdi.
Siyasi müşahidəçilər İranın ANS-in müxbirinə İranda rəsmi fəaliyyət icazəsi verməsi müqabilində media əməkdaşlıqları və əlaqələrinin daha da gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının da oxşar addımlar atacağını və İran barədə doğru-düzgün informasiyaların çatdırılmasına səy göstəriləcəyini gözləyirlər.
  • Yazılıb
  • da (də) 2014 Apr 22