Tarix : 2014 Apr 22
Kod 42613

İranla həmkarlıqların genişlənməsi üçün yeni atmosfer yaradılıb

Azərbaycan Respublikasının İrandakı səfiri deyib ki, iki ölkə köklü tarixi ortaqlıqlara malikdir və Tehranla Bakı arasındakı münasibətlərin genişlənməsində yeni bir atmosfer yaradılıb
IRNA-nın məlumatına görə, Cavanşir Axundov bazar ertəsi günü Ərdəbilini valisi- Məcid Xodabəxş ilə görüşdə Azərbaycan prezidenti- İlham Əliyevin İrana son səfəri və iqtisadi sahədə dörd mühüm sənədin imzalanmasına işarə edərək, əlavə edib: İki ölkə arasında iqtisadi əməkdaşlıq və investisiya üçün zəminlər hazırdır.
Axundov iki ölkənin dəmir yolunun bir-birinə qovuşmasına təkid edərək, deyib: Ərdəbil dəmir yolu xəttinin icrası və onun Azərbaycan Respublikasının dəmir yolu xətlərinə qovuşması qarşılıqlı iqtisadi əməkdaşlıqların daha da genişlənməsinə zəmin yaradır.
Ərdəbil ostandarı da iki xalqın mədəni ortaqlıqlarına işarə edərək, deyib: Azərbaycan Respublikası prezidentinin son səfəri və onun İran rəsmiləri ilə görüşləri iki xalq və iki ölkənin daha da yaxınlaşmasına zəmin yaradır.
Xodabəxş Azərbaycan Respublikası investorlarını Ərdəbil ostanına səfər edərək, bu ostanın qabiliyyət və layihələri ilə yaxından tanış olmağa dəvət edib



  • Yazılıb
  • da (də) 2014 Apr 22