Tarix : 2014 Apr 20
Kod 42590

İbrahim Rəhimpur : Azərbaycan və İran arasında viza rejiminin ləğvi üçün çalışırıq

İran vətəndaşlarının digər qonşu ölkələrə gediş-gəlişini sadələşdirmək rəsmi Tehranın xarici siyasətinin əsas istiqamətlərindən biridir

Arannews - İran İslam Respublikası  və Azərbaycan viza rejiminin ləğvi ilə bağlı danışıqlar aparıb .

"Azərbaycan və İran arasında viza rejiminin ləğvi ilə bağlı danışıqlarımız olub və viza rejiminin ləğvi üçün çalışırıq". Bu sözləri İran İslam Respublikası  xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur deyib. .

İbrahim  Rəhimpur ümid edir ki, yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq .

Nazir müavini deyib ki, İran İslam Respublikası  XİN-də hazırda xüsusi bir qrup İran vətəndaşları üçün digər ölkələrlə viza rejiminin ləğvi məsələsini araşdırır .

Rəhimpur bildirib ki, İran vətəndaşlarının digər qonşu ölkələrə gediş-gəlişini sadələşdirmək rəsmi Tehranın xarici siyasətinin əsas istiqamətlərindən biridir .

Qeyd edək ki, İran 2010-cu il fevralın1-dən Azərbaycanla vizasız rejimin icrasına başlayıb .

 


  • Yazılıb
  • da (də) 2014 Apr 20