Tarix : 2014 Apr 20
Kod 42589

Azərbaycanda siyasi və vicdan məhbusları gündəmdə olan məsələdir

Hər bir Azərbaycan vətəndaşı əgər onun haqqında haqsızlıq olunubsa, qanunla müdafiə olunmalıdır

Arannew -Bütün siyasi məhbuslar eyni dərəcədə müdafiə olunmalıdır.

Azərbaycanda siyasi və vicdan məhbusları gündəmdə olan məsələdir, çünki bu gün Azərbaycanda həm öz inancına görə, həm siyasi baxışlarına görə bir çox insanlarımız qərəzli surətdə, haqsız yerə həbsə məhkum olunublar .

Bunu Azadxeber.net-ə müsahibəsində Rövşən Əhmədli deyib .

Onun fikrincə, bu məsələdə insanları kateqoriyalara bölmək ədalətsizlik olar .

 Hər bir Azərbaycan vətəndaşı əgər onun haqqında haqsızlıq olunubsa, qanunla müdafiə olunmalıdır. Və əgər bu gün siyasi məhbus, vicdan məhbusu deyiriksə, inancı olub-olmamağından, hansı siyasi partiyaya mənsubiyyətindən asılı olmayaraq hamısı da  eyni qaydada müdafiə olunmalıdır ”.

Rövşən Əhmədli deyib: “Təbii ki, müdafiə işinin təşkili əgər kordinasiya olunmuş şəkildə təşkil olunarsa, daha çox bu sahədə müəyyən mövqelər və üstünlükər əldə etmək olar. Bütün kateqoriyadan olan məhbuslar istər inancına görə, istərsə də siyasi əqidəsinə görə təqib olunan insanlar qərəzli olaraq həbs olunan insanlarımız eyni qaydada müdafiə olunurlar. Əgər bu günləri hər hansı bir tədbirdə bu insanlar bütövlükdə yəni ən azından xatırlanıb və ümumilikdə müdafiə olunmursa, bu bizim işimizin qüsurlu tərəfidir. Bütün tərəflər eyni qaydada diqqətə çəkilməli, bütün insanlarımız eyni qaydada müdafiə olunmalıdır. Bu məsələlərdə ayrı seçkiliyə yol vermək olmaz ”.

Qeyd edək ki, aprelin 17-də RATİ-nin ofisində AXCP Gənclər Komitəsi “Azad et!” kampaniyası təşəbbüsü ilə tədbir keçirib. "Azad et" kampaniyasında əsas məqsəd siyasi və vicdan məhbuslarının səsinin ölkə və dünya ictimaiyyətinə çatdırmaqdır.Tədbirə qatılanlar bu kampaniyaya mümkün qədər dəstək verəcəklərini qeyd ediblər. Tədbirə vətəndaş cəmiyyətinin nümayəndələri,  hüquq müdafiəçiləri, gənc fəallar, bloggerlər və jurnalistlər qatılıblar.


  • Yazılıb
  • da (də) 2014 Apr 20