Tarix : 2014 Apr 20
Kod 42588

İlham Əliyev ermənipərəst konqresmenlər ilə görüşüb

İlham Əliyev ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri konqresmen Ed Roysu və onu müşayiət edən ermənipərəst konqresmenləri ilə görüşüb

Arannews - Prezident İlham Əliyev aprelin 19-da ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri konqresmen Ed Roysu və onu müşayiət edən ermənipərəst konqresmenləri  ilə görüşüb .

Konqresmen Ed Roys Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu deyib və bundan məmnunluğunu ifadə etib .

Konqresmenlər iki tərəfin  müxtəlif sahələrdə, o cümlədən enerji, terrorizm və Əfqanıstanla bağlı uğurlu əməkdaşlığı yüksək qiymətləndiriblər .

İlham Əliyev öz növbəsində Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın iki tərəfin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini deyib. Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident  münaqişənin həlli ilə bağlı rəsmi Bakının mövqeyini diqqətə çatdırıb .

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğala məruz qaldığını vurğulayan İlham Əliyev münaqişənin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin konkret addımlar atmalarının vacibliyini qeyd edib. Ancaq amerikalı konqresmenlər bu məsələyə laqeyd yanaşıblar.


  • Yazılıb
  • da (də) 2014 Apr 20