Tarix : 2014 Apr 20
Kod 42582

Suriyaya getmək üçün evdən qaçdılar

. Onlar cihad məqsədilə bu ölkəyə gəldiklərini və Suriyaya Türkiyə sərhədindən keçdiklərini bildiriblər
FaktXəbər-in "Milliyyet" qəzetinə istinadən verdiyi məlumata görə, Avstriyada yaşayan 15 yaşlı Sabina Selimoviç və 16 yaşlı Samra Kesinoviç adlı iki gənc qız evdən qaçaraq Suriyaya yollanıblar. Bu məqsədlə İnterpol da qızların axtarışına başlayıb.

Evlərini tərk edərək Suriyadakı silahlı qarşıdurmalara qoşulan qızlar Avstriyanın paytaxtı Vyana şəhərində yaşayıblar. Hər iki avstriyalı Suriyadan evlərinə məktub yazıblar. Onlar cihad məqsədilə bu ölkəyə gəldiklərini və Suriyaya Türkiyə sərhədindən keçdiklərini bildiriblər.

Məlumat üçün bildirək ki, Bosniya əslli iki gənc qızın Suriyada əllərində silahla çəkilmiş fotoşəkilləri yayılıb. Onlar ordu qüvvələrinə qarşı keçirilən əməliyyatlarda müxtəlif formada iştirak edirlər. KİV-lər isə məlumat yayır ki, Suriyaya gətirilən qızların bir çoxu qadın istismarının qurbanına çevrilir. Belə ki, ölkəyə öz istəyi və ya müəyyən pul müqabilində gələn qızlar sonradan muzdlu döyüşçülərin cinsi tələbatlarını ödənməsinə cəlb olunurlar.
  • Yazılıb
  • da (də) 2014 Apr 20