Tarix : 2014 Apr 19
Kod 42576

Azərbaycanın müxtəlif məntəqələrindəki məscid və hüseyniyyələrdə bayram mərasimləri keçirilir

Müsəlman xanımlar üçün ən böyük bayram Fatimeyi-Zəhranın (s.ə) mövludur

Arannews - Allahın Peyğəmbəri(s) buyurub: ”Qızım ona görə Fatimə adlanıb ki, Allah-Təala onu və onu sevənləri Cəhənnəm odundan uzaq edib .”

Fatimə mənim bədənimin bur parçasıdır. Onu sevindirən Məni sevindirib və onu qəmləndirən Məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir .”

bu günlər İslam tarixininin ən böyük şəxsiyyəti  Xanım Fatimeyi-Zəhra(s.ə)-nın mövlud günləridir.

Bu münasibətlə Azərbaycanın müxtəlif məntəqələrindəki məscid və hüseyniyyələrdə bayram mərasimləri keçirilir .

Dünən Sumqayıt şəhərində iki dünya Xanımı Faimeyi-Zəhranın(s.ə) mübarək təvəllüdü böyük sevgi ilə qeyd olundu . 

Həzrət Mehdi(ə.f) intizarında olanlar” cəmiyyətinin və ilahiyyatçı alim Leyla Babayevanın təşəbbüsü ilə keçirilən bu mərasimdə yüzə yaxın mömin və inançlı xanımlar istirak etdi .

Mərasim Xanımın(s) şəninə Quranda nazil olmuş ayələrin tilavəti ilə başladı. Bundan  sonra qonaqlara Allahın sevimli bəndəsi və Peyğəmdər(s)-in əziz qızının dünyaya gəlişini əks etdirən səhnəcik təqdim olundu. Peşəkarlıqla hazırlanmış kiçik tamaşa böyük maraqla qarşılandı və mərasim iştirakçılarını xeyli duyğulandırdı .

Fatimeyi-Zəhra(s.ə) haqda söylənilən şerlər, oxunan surudlar mərasimə rəng qataraq onu daha da rövnəqləndirdi. Tədbirin sonunda dualar oxundu və qonaqlara ehsanlar verildi .

Bayramınız mübarək əziz xanımlar


  • Yazılıb
  • da (də) 2014 Apr 19