Tarix : 2014 Apr 17
Kod 42564

İran Azərbaycandan gələn xəstələrə güzəşt nəzərdə tutacaq

Azərbaycan Səhiyyə Nazirliyinin tibbi sığortanın tətbiqi ilə bağlı proqramlar həyata keçirdiyini deyib
Trend-in məlumatına görə, Məhəmmədhüseyn Sominin Azərbaycan Respublikası Parlamentinin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə görüşündə deyib ki, Təbriz Tibb Universiteti İrana müalicə üçün müraciət etmiş Azərbaycanlı xəstələr üçün güzəştlər və xəstəxanaların birində xüsusi bölmə ayırlması üçün proqram hazırlayıb.
M.Somi deyib ki, ildə bir milyon nəfərə yaxın Azərbaycan vətəndaşıq İrana səfər edir ki, onların əksəriyyətinin məqsədi müalicədir : "Müalicə üçün İrana müraciət edən Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti Təbrizə gəlir. Elə bu məqsədlə biz proqram hazırlamışıq ki, Azərbaycandan gələn əziz qardaş və bacılarımız üçün xüsusi bölmə ayrılsın və onlar orada müalicələrini alsınlar".
M.Somi həmçinin Təbriz Tibb Universitetinin Azərbaycan Tibb Universiteti ilə müəllim, tələbə mübadiləsi, müştəərk tibbi layihələrin icrası və müştərək elmi seminarların keçirilməsinə hazır olduğunu bəyan edib.
Görüşdə Hadi Rəcəbli isə İran tibb sahəsində inkişaf etdiyini bəyan edib və İranın Səhiyyə Nazirliyi və Azərbaycan Səhiyyə Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanmasını təklif edib.
H.Rəcəbli ölkədə tibbi sığorta layihələri ilə bağlı danışıb və Azərbaycan Səhiyyə Nazirliyinin tibbi sığortanın tətbiqi ilə bağlı proqramlar həyata keçirdiyini deyib.
  • Yazılıb
  • da (də) 2014 Apr 17