Tarix : 2014 Apr 16
Kod 42561

vəkil Elçin Sadıqov:Pərviz Həşimliə qarşi kobud rəftar olunur

vəkil Elçin Sadıqov “Facebook” səhifəsində yazıb ki, Pərviz Həşimli kobud rəftara, ailəsi ilə görüşlərə və telefon danışığına icazə verilməməsinə etiraz olaraq aclığa başlayıb və səhər tezdən təcridxana rəisinə bu haqda məlumat verib.

Arannews - Pərviz Həşimli kobud rəftara, ailəsi ilə görüşlərə və telefon danışığına icazə verilməməsinə etiraz olaraq aclığa başlayıb

MTN-in ictimai əlaqələr mərkəzi nazirliyin istintaq təcridxanasında saxlanan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin aclıq aksiyası keçirdiyi iddialarına geniş münasibət bildirməkdən imtina edir .

Aprelin 15-də Pərviz Həşimlinin vəkil Elçin Sadıqov “Facebook” səhifəsində yazıb ki, Pərviz Həşimli kobud rəftara, ailəsi ilə görüşlərə və telefon danışığına icazə verilməməsinə etiraz olaraq aclığa başlayıb və səhər tezdən təcridxana rəisinə bu haqda məlumat verib .

Aprelin 16-da Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəisi Arif Babayev “Media forum” saytının məsələ ilə bağlı sorğusunu belə cavablandırıb: “Pərviz Həşimlinin aclıq aksiyasına başlaması haqqında heç bir məlumat yoxdur ”.

Pərviz Həşimli ötən il sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma kimi əməlləri təkrar törətməkdə və qaçaqmalçılıqda günahkar bilir.

  • Yazılıb
  • da (də) 2014 Apr 16