Tarix : 2014 Apr 16
Kod 42558

Rusiyada bir azərbaycanlı güllələnib

Hadisə aprelin 15-də Vodopyanova küçəsi 26 ünvanında baş verib

Arannews - Rusiyada daha bir azərbaycanlı qətlə yetirilib .

Verilən məlumata görə, “Mustanq” Səhmdar Cəmiyyətinin rəhbəri, “Yujnıy” bazarının direktoru 60 yaşlı iş adamı Ənvər İbrahimov güllələnib .

Hadisə aprelin 15-də Vodopyanova küçəsi 26 ünvanında baş verib. İş adamı evindən çıxaraq "Audi Q7" avtomobilinə tərəf yönlənərkən vurulub .

Şahidlərin sözlərinə görə, səhər saat 07-radələrində atəş səsləri eşidiblər. Qatil hadisədən sonra qara maskalı arıq gənc maşına minərək uzaqlaşıb .

Hadisə ilə bağlı əlavə məlumat verilməyib. Faktla bağlı "adam öldürmə" maddəsi ilə cinayət işi açılıb .

Xatırladaq ki, bir necə gün öncə Krasnoyarskda odlu silahla başqa bir azərbaycanlı da öldürülmüşdü. Tovuz rayon sakini, 35 yaşlı Qaryağdı Nağıyev güllələnmişdi.


  • Yazılıb
  • da (də) 2014 Apr 16