Tarix : 2014 Apr 16
Kod 42557

Azərbaycanda İlahiyyatçılar, Hac Zülfüqar Mikayılzadənin müdafiəsinə qalxiblar

Hacı Zülfüqar Mikayılzadə cəmiyyətdə tanınmış və qəbul olunan din xadimidir. Ruhani alimə qarşı, xüsusən quran mütəxəssisinə qarşı bu cür addımları şiddətlə qınayıriq.

Arannews -İnanclı cameə İslam alimi Zülfüqar Mikayılzadənin müdafiəsinə qalxdı .

Xəbər verdiyimiz kimi ilahiyyatçı-alim Hacı Zülfüqar Mikayılzadə aprel ayının 12-i Yasamal rayon polis bölməsinə çağrılıb

Hacı Zülfüqar Mikayılzadənin sürücüsünün verdiyi məlumata əsasən, polis bölməsində Hacıya qarşı kobudluq edilib. Elə həmən gün Hacı Zülfüqar Mikayılzadə gecə saat 23:00-da sərbəst buraxılıb .

Aprel ayının 14-ü ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadənin məhkəməsi keçirilibYasamal rayon məhkəməsi ilahiyyatçını İnzibati Xətalar Məcəlləsinin 299.0.1 və 299.0.2-ci maddələri ilə təqsirli bilərək, iki min manat məbləğində cərimə edilməsinə qərar verib .

baş verənlərlə bağlı İslami cameənin tanınmış ilahiyyatçı və dindarları münasibət veriblər:

 

İlahiyyatçı, Quran mütəxəssisi Hacı Mircəfər Əyyubov :

Mən bilmirəm Hacıya qarşı bunu niyə ediblər? Hansı hüquqa əsaslanıblar ?

Mənim fikrimcə Quran dərsinə mane olmaq düzgün deyil. Ruhani alimə qarşı, xüsusən quran mütəxəssisinə qarşı bu cür addımları şiddətlə qınayıram .

Bu cür addımlar ruhaniyyətə qarşı təhqirdir, Qurani kərimə təhqirdir. Qurani Kərimin tədrisidə Azərbaycanda hər yerdə azaddır. Yəni bunu niyə ediblər, hansı əsasla ediblər anlaya bilmirəm .”

 

İlahiyyatçı, Lənkəran ruhanisi Seyid Elman Ağayev :

Əvvəla bunu fikirləşmək lazımdır ki, kimə qarşı nə ediblər?  Məndə olan məlumata görə, Hacı Zülfüqarla sadəcə polis səviyyəsində kobudluq edilib. Yəni elə biliblər ki, gündə gətirdikləri cinayətkarlardan birini gətiriblər bölməyə. Amma sonradan özləri də başa düşüblər ki, bura gətirilən insan kimdir. Yəni gərək insan tərəf müqabilini tanısın. Hacı Zülfüqar bu gün təkcə Lənkəranda deyil, Azərbaycanda tanınır. O bizim fəxrimizdir, canlı Qurandır, Natiqi Qurandır. Ona qarşı kobudluq Qurana qarşı kobudluq deməkdir. Alimə qarşı hörmətsizlik Peyğəmbərə (s) qarşı hörmətsizlikdir. Mən bunu dini nəqli mənbələrə əsasən deyirəm. Hacı Zülfüqara qarşı kobudluq edənlər başa düşməlidir ki, bu kobuduluğa ilk növbədə Allah tərəfindən və möminlər tərəfindən heç vaxt sadə şəkildə yanaşılmayacaq. Mövzunu özü isə hacının verdiyi məlumata əsasən, guya qonşular ofisə görə şikayət etmişdi. Amma biz bunu Hacı buyurduğu kimi əvvəlcədən hazırlanmış təzyiq kimi qiymətləndiririk .”

 

"Məşhədi Dadaş" məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli :

Hacı Zülfüqar Mikayılzadə cəmiyyətdə tanınmış və qəbul olunan din xadimidir. Bu cür məsələlərdə ona qarşı təzyiqi mən də düzgün hesab etmirəm. Mən məsələnin təfərrüatından xəbərsizəm. Amma onu da qeyd edim ki, bu cür qanunlar adətən yad olan əqidə daşıyıcılarına, tanınmayan bir insana və fəaliyyətində şübhə olunan insanlara tətbiq edilir. Amma Hacı Zülfüqar Mikayılzadəni bu gün cəmiyyətdə hamı tanıyır. O hafizi Qurandır. Hesab edirəm ki, məsələ aydınlaşandan sonra bu barədə daha ətraflı danışmaq olar .”

 

Nardaran ağsaqqalı, ictimai fəal Kərbəlayi Natiq Kərimov :

"Hacı Zülfüqar tək-tük alimlərdəndir ki, Qurani Kərimi çox gözəl və mükəmməl şəkildə bilir. Əlbəttə ki, Hacı Zülfüqara qarşı təzyiqləri pisləyirəm. Ona qarşı olan bu cür əsassız ittihamları fəaliyyəti ilə əlaqələndirirəm. Bu məsələni inanclılara qarşı təhqir kimi dəyərləndirirəm. Mən təklif kimi irəli sürmək istəyirəm ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ruhani alimlərimizlə görüş keçirməlidir. Bu görüş barədə mətbuata açıqlama verməlidir. Yəni polis və digər qurumlar tanımalıdır ki, saxladıqları, kobudluq etdikləri insan əslində kimdir? Yəni bu gün ölkədə islam alimlərinin hörməti saxlanmalıdır. Əgər hökumət vəhhabilərlə, nurçularla mübarizə aparmaq istəyirsə, bəs niyə ilahiyyatçılarımıza qarşı kobudluq edirlər? Buna görə də mən Hacı Zülfüqar Mikayılzadəyə qarşı bu ittihamları əsassız sayıram ."”

 

İlahiyyatçı, Binə ruhanisi Kərbəlayi Fərhad Mirzə :

 Təbiidir ki, hakimiyyətin bu repressiv siyasəti vicdanlı, dininə, vətəninə bağlı vətən övladlarını öz ağuşuna almaqdadır. Həbs olunan ruhanilər, dindarlar da bu repressiyanın qurbanlarıdır. Bilirik ki, Hacı Zülfüqar Mikayılzadə bir dəfə də bundan əvvəl həbs olunmuşdu. Ruhaninin fəaliyyəti “qanunsuz” fəaliyyət kimi qiymətləndirilib, yüksək məbləğdə cərimə ilə cəzalandırılırsa, bunu sadəcə ona qarşı olan təzyiq kimi qiymətləndirirəm. Allahın dinini təbliğ etməyi heç bir qurumun qanun çərçivəsinə salmasına ixtiyarı yoxdur. Əksinə ilahi qanunlar bu qurumları çərçivəyə salıb onları mühakimə etmək hüququna tam surətdə malikdir. Azərbaycanda vəhhabiliyin, nurçuluğun və müxtəlif ekstremist qüvvələrin at oynatmasını nəzərə alsaq, şiə ruhanilərin fəaliyyətlərini daha da genişləndirmək əvəzinə, onlara bu məbləğdə cərimə tətbiq edərək inzibati cəza tətbiq olunmasının hansı maraqları güddüyünü anlamıram. Məncə bu təkcə Hacı Zülfüqara qarşı təzyiq deyil, şiə, vicdanlı, dininə, milli-mənəvi dəyərlərinə bağlı olan bütün ölkə ruhaniyyətinə təzyiqdir. Mən belə təzyiqləri qınayır, hakimiyyəti belə təzyiqlərdən uzaq olmağa çağırıram. Allahdan qorxsunlar, bir gün əllərindəkilərini itirəcəklər, lakin heç kəs onlara kömək etmək iqtidarında olmayacaq! Allaha tövbə edib ədalətin bərpası üçün çalışsalar, bəlkə nicat tapa bilərlər .

Allah Təala buyurur: Onlar da hasarlarının və qalalarının onları Allahdan (Allahın iradəsindən) saxlayacağını güman edirdilər. Amma Allah(ın iradəsi, əzabı) onlara güman etmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. (Belə ki,) onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. Ey bəsirət sahibləri! İbrət alın! (Həşr surəsi, ayə 2)

Allah Təala ən yaxşı hakimdir ! “

 

İlahiyyatçı, "Milli Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Ruhullah Novruzzadə :

"Əlbəttə hacı Zülfüqara qarşı olan bu qanunla müəyyən edilmiş qaydada həyata keçirilməyən hərəkəti qınayırıq. Həyatını elmə həsr etmiş bir ruhaninin Quran dərsi tədris etməsi səbəbilə polis bölməsinə çağırılmasını, saxlanılmasını və xüsusilə də ona qarşı olan hər növ hörmətsizliyi qətiyyətlə pisləyirik .

Bununla da yetinməyib maddi baxımdan cərimələməyi absurd bir addım kimi dəyərləndirirəm. Çünki əgər bu addım irəli sürülən ilkin ittihama görədirsə, qanunvericiliyə həmin çərçivədə əməl olunmalıdır .

Yox, əgər başqa hər hansı bir səbəbi varsa, istərdik ki, bu açıq şəkildə bildirilsin, nəinki bəhanə təsiri bağışlayan belə üsulla. Səbəbin açıqlanmaması ya onun yoxluğundan, ya da bədniyyətli olmasından xəbər verir. Hər iki halda isə belə məntiqi nəticə hasil olur ki, hacı Zülfüqar Mikayılzadəyə qarşı haqsızlıq olmuşdur."

  • Yazılıb
  • da (də) 2014 Apr 16