Tarix : 2014 Apr 16
Kod 42554

Azərbaycanda hökumət başında olan nurçulara qarşı heç bir tədbir görülmür

Azərbaycanda nurçulara qarşı zahirdə şiddətli əməliyyat aparılır. qara nurçuları tutub, hökumət başında olan nurçulara qarşı heç bir tədbir görülmür

Arannews - Azərbaycan Respublikasında nurçulara qarşı zahirdə şiddətli əməliyyat aparılır. Beləki, qara nurçuları tutub, hökumət başında olan nurçulara qarşı heç bir tədbir görülmür ! !!

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ölkədə inhirafi firqə olan nurçulara qarşı həyata keçirilən əməliyyat barədə açıqlama yayaraq 2 nəfərin nurçuluğa görə Azərbaycandan deportasiya olunduğunu bildirib .

Göyçay, Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfər toplantı keçiriblər. “Nurçu” dini təriqətinin üzvləri olan 3 nəfər Göyçay və Qəbələ sakininin dəvəti əsasında 5 nəfər Türkiyə vətəndaşı, həmçinin 2 nəfər Bakı sakinini də dəvət ediblər .

Göyçay polisinin keçirdiyi tədbirlər nəticəsində Zəkəriyyə Məmmədovun evindən 545 ədəd “Nurçu” firqəsinə aid yayılması qanunla qadağan olunmuş, ədəbiyyat, disk, odlu və soyuq silah götürülüb. Göyçaydan əvvəl paytaxt polisi də bir neçə gün əvvəl əməliyyat keçirmiş nurçuluq firqəsinin “sunqurçular” cərəyanına mənsub olduğu deyilən 41 nəfər saxlamışdı. Məlum olub ki, 41 nəfərin arasında Dağıstan vətəndaşları da olub .

Nurçuluq firqəsinin “sunqurçu"lar cərəyanına mənsub olduğu deyilən polis tərəfindən saxlanılan 41 nəfər sərbəst buraxılıb. Yasamal Rayon Polis İdarəsindən verilən son məlumata görə, saxlanılanların arasında olan 2 nəfər Rusiya Federasiyasının Dağıstan Respublikası vətəndaşı ölkədən deportasiya edilib. 6 nəfər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndilə 1500 AZN məbləğində cərimə edilib, saxlanılan digər 35 nəfərə isə xəbərdarlıq edilib .

Yasamal rayon, Xıdır Mustafayev küçəsində Eldəniz Hacıyevə məxsus evdə yığıncaq keçirən “Nurçu” fiqəsinə mənsub olduğu deyilən şəxslər polis tərəfindən saxlanılmışdı. Daxili İşlər Naziriliyinin açıqlamasına görə, evə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş kitab  və sair əşya aşkar edilərək götürülüb. Nurçuluğun bir qolu olan “sunqurçuluq” cərəyanı Dini Komitədə qeydiyyatdan keçməyib .


  • Yazılıb
  • da (də) 2014 Apr 16