Tarix : 2014 Apr 16
Kod 42552

İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

regional məsələlərlə bağlı İranla Azərbaycanın mövqeləri üst-üstə düşür

Arannews - İranla Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin tarixi və dini bağlılıqları var. bunu İranın müdafiə naziri, general-mayor Hüseyn Dehqan Tehranda Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə keçirdiyi mətbuat konfransında deyib .

O qeyd edib ki, regional məsələlərlə bağlı İranla Azərbaycanın mövqeləri üst-üstə düşür: “Biz görüş zamanı hərbi, təhlükəsizlik, siyasi, regional və beynəlxalq məsələləri müzakirə etdik. deyə bilərəm ki, fikrimiz eynidir ”.

H.Dehqan həmçinin Azərbaycan hökumətinə və xalqına İranın nüvə məsələsi ilə bağlı mövqeyinə görə təşəkkürünü bildirib .

Qarabağ nizamlanmasına gəlincə, iranlı nazir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib və BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini xatırladıb .

H.Dehqan qeyd edib ki, Azərbaycan prezidentinin İrana son səfəri ilə iki ölkə arasındakı əməkdaşlıq yeni mərhələyə qədəm qoyub: “Ölkərimizin qonşu olması müxtəlif sahələrdə əməkdaşlığa zəmin yaradır ”.

Bölgədəki radikal qüvvələrin İran-Azərbaycan əlaqələrinə qarşı olduğunu deyən İranın müdafiə naziri təxribatlara uymamağın vacibliyini vurğulayıb .


  • Yazılıb
  • da (də) 2014 Apr 16