Tarix : 2014 Apr 14
Kod 42533

İnqilabın Böyük Rəhbəri ilə Azərbaycan Prezidentinin görüşündə maraqlı haşiyə

İnqilabın Böyük Rəhbəri, Vaizinin cavıbını azəri dilində İlham Əliyevə çatdırdı və bu da Azərbaycan Prezidentinin uzun gülüşünə səbəb oldu
AranNews - İranın Bakıdakı səfiri Möhsin Pakayin sosial şəbəkələrin birində öz səhifəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İnqilabın Böyük Rəhbəri ilə görüşü barədə maraqlı yazı paylaşıb:
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İnqilabın Böyük Rəhbəri ilə görüşü çox səmimi və isti keçdi. Deyilmiş rəsmi qayda-qanun və mövqeləri ötərək incə və dostcasına bir mühit yarandı.
Ali Məqamlı Rəhbərin azəri dilində ilkin salamlaşma və kef-əhval sorğusundan sonra da bütün müzakirələr əsnasında iki tərəf arasında azəri sözlər işlədilirdi.
Görüşün ortalarında Ali Məqamlı Rəhbər ortaq komissiyanın təşkil olunub-olunmaması barədə soruşduqda cənab doktor Ruhani dedi ki, İnformasiya və Kommunikasiya Texnologiyaları naziri Vaizini İran tərəfindən komissiyanın sədri təyin etdik və bu mövzunun izlənməsi ona tapşırıldı.
Ali Məqamlı Rəhbər Vaizidən soruşdu ki, siz türkcə bilirsiniz? Vaizi dedi: Özüm bilmirəm, amma həyat yoldaşım türkdür. Vaizinin cavabı görüş iştirakçılarının gülüşünə səbəb oldu. Ali Məqamlı Rəhbər də Vaizinin cavabını azəricə İlham Əliyevə çatdırdı. Bu Azərbaycan Prezidentinin uzun gülüşünə səbəb oldu.
  • Yazılıb
  • da (də) 2014 Apr 14