Tarix : 2014 Apr 13
Kod 42502

Azərbaycan hökuməti sionizmdən uzaqlaşmalıdır

Azərbaycan prezidentinin İrana səfəri o zaman faydalı olacaqdır ki, Azərbaycan hökuməti ciddi şəkildə İsraildən uzaqlaşsın

Arannews -Seyid Həsən Amili Azərbaycan Respublikası prezidentinin İrana səfərinin uğurlu olmasının şərtini sionizmdən uzaqlaşmaq adlandırıb .

Vəliyyi-Fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi deyib: Azərbaycan Respublikası prezidentinin İrana səfəri o zaman faydalı olacaqdır ki, Azərbaycan Respublikası hökuməti ciddi şəkildə İsraildən uzaqlaşsın, İranofobiya və dinofobiyanı kənara qoysun və xüsusilə də sırf dini dəyərlərin müdafiəsinə görə həbs olunmuş böyük insanları azad etsin .

Şəbestan İnformasiya Agentliyinin məlumatına görə, seyid Həsən Amili ümidvarlıq edib ki, Azərbaycan Respublikası prezidentinin İrana səfəri iki ölkə münasibətlərində dönüş nöqtəsi olacaqdır .

“Bu məsələ Azərbaycan hökumətinin iradəsinə bağlıdır və İran tərəfindən heç bir problem yoxdur” –deyə Seyid Həsən Amili bildirib.


  • Yazılıb
  • da (də) 2014 Apr 13