Tarix : 2014 Apr 13
Kod 42498

Erməni deputat : Ermənistan heç bir inkişaf perspektivinə malik deyi

Azərbaycan , Ermənistanan 5 dəfə çox turist qəbul edir

Arannews - Azərbaycan və Türkiyənin Gürcüstana yatırdığı sərmayə Ermənistana yatırılan sərmayələrin ümumi həcmindən dəfələrlə çoxdur ”.

Bunu parlamentdə Erməni Milli Konqresini təmsil edən deputatlardan biri – Aram Manukyan bu gün keçirilən iqtisadi forumda çıxışında deyib .

Onun sözlərinə görə, regional masştabda Ermənistan bölgənin iqtisadi vahidi kimi sadəcə, mövcud deyil .

Azərbaycanın neft-qazın nəqli ilə bağlı Gürcüstanda maliyyələşdirdiyi proqramların dəyəri 35-40 milyard dollardır. Analoji vəziyyət başqa sahələr üzrədir. Gürcüstan və Azərbaycan bizdən 5 dəfə çox turist qəbul edir. Yalnız Ermənistan heç bir inkişaf perspektivinə malik deyil”, - deyə Manukyan qeyd edib .


  • Yazılıb
  • da (də) 2014 Apr 13