Tarix : 2014 Apr 12
Kod 42492

tanınmış teleaparıcı İlham Mirzəyevin həbs olunması təsdiqlənib

Ehsan Zahidov açıqlamasında vətəndaş İlham Mirzəyev saxlanılma səbəblərini açıqlayıb

Arannews - ilham Mirzəyev barədə cinayət işi başlanıldı .

Daxili işlər Nazirliyi tanınmış teleaparıcı İlham Mirzəyevin həbs olunmasını təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov  açıqlamasında vətəndaş İlham Mirzəyev saxlanılma səbəblərini açıqlayıb .

 Vətəndaşların çoxsaylı şikayətlərini nəzərə alaraq, İlham Mirzəyev polis orqanları tərəfindən saxlanılıb. Hazırda İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi başlanıb. Hazırda istintaq gedir”, - deyə Ehsan Zahidov bildirib.

Qeyd edək ki, sözügedən maddəyə əsasən İlham Mirzəyev yüz manatdan yeddi yüz manatadək cərimələnə, yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlərə cəlb oluna, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Həmin maddənin digər bəndlərində isə göstərilir ki, üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178-ci maddəyə görə ən ağır cəza isə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ola bilər.


  • Yazılıb
  • da (də) 2014 Apr 12