Tarix : 2014 Apr 12
Kod 42482

Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilib

Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Arannews - Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib .

Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb .

Prezidentin digər sərəncamı ilə Aqşin Şəfaət oğlu Mehdiyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi, eyni zamanda Azərbaycan Respublikasının Kuba Respublikasında, Yamaykada, Nikaraqua Respublikasında, Venesuela Bolivar Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.


  • Yazılıb
  • da (də) 2014 Apr 12