Tarix : 2014 Apr 10
Kod 42469

İlham Əliyevin İran səfəri çox vacib və vaxtında atılmış addımdır

Ukrayna və Rusiya arasında böhran əmələ yaranıb. Bu böhran Rusiya ilə qonşu olan ölkələrə də təsir edir. Eyni zamanda İranla Avropa arasında münasibətlərin isinməsi də hiss olunur. İlham Əliyevin səfərinə bu iki amildən baxmalıyıq

Arannews - ham Əliyevin İran səfəri çox vacib və vaxtında atılmış addımdır.

Bildiyiniz kimi, Ukrayna və Rusiya arasında böhran əmələ yaranıb. Bu böhran Rusiya ilə qonşu olan ölkələrə də təsir edir. Eyni zamanda İranla Avropa arasında münasibətlərin isinməsi də hiss olunur. İlham Əliyevin səfərinə bu iki amildən baxmalıyıq .”

Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu ölkə başçısı İlham Əliyevin İran səfəri ilə bağlı açıqlama verərkən qeyd edib .

Sərdar bəyin sözlərinə görə, Rusiya ilə Qərb arasında münasibətlərin kəskinləşməsinə və qaza olan tələbata görə Avropa üçün İranın əhəmiyyəti artıb: “Digər tərəfdən Rusiyanın cənub bölgəsində müəyyən hərbi güc nümayiş etdirməsi  və Xəzərdə hərbi manevrlərin həyata keçirilməsi barədə şayiələr gəzir. Üçüncüsü isə İranla Azərbaycanın qonşuluq əlaqələri mövcuddur və iki ölkə arasında müəyyən problemlər var. Həm də bu problemlərin həlli baxımından ölkə başçısının səfəri əhəmiyyətlidir. Biz bu səfərə həm də geopolitik nəzərdən yanaşa bilərik .”

Sərdar bəy onu da bildirdi ki, Avropanın İrana yaxınlaşmasında Azərbaycanın vasitəçi rol oynaması da mümkündür: “Görüş zamanı mümkündür ki, Rusiyanın Azərbaycana təzyiqləri, Xəzər dənizində hegemonluq etməsi və islamçıların həbsi ilə bağlı məsələlər görüşün müzakirə mövzusu ola bilər. Səfərin nəticəsindən asılı olmayaraq, İranla Azərbaycan qonşu və müsəlman ölkəsidir. Bu səbəbdən bu səfəri çox vacib və vaxtında atılmış addım kimi qiymətləndirirəm.”


  • Yazılıb
  • da (də) 2014 Apr 10