Tarix : 2014 Apr 10
Kod 42462

Ruhani : İran və Azərbaycan iki qardaş, dost və qonşu ölkədir

İlham Əliyev:Azərbaycan İranla münasibətlərə çoxlu əhəmiyyət və önəm verir

Arannews - İran İslam Respublikası prezidenti Həsən Ruhani Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə Tehranda keçirdiyi birgə mətbuat konfransında əlavə edib: Hamı bütün ixtilafların siyasi məsələlər və sülh çərçivəsində həll olunmasına çalışmalıdır .

"İran İslam Respublikası və Azərbaycan Respublikası iki qardaş, dost və qonşu ölkədir" deyən cənab Ruhani söyləyib: İki ölkənin səmimi münasibətləri iki xalqın mənafeyi və regionun stabilliyi və inkişafına xidmət edəcəkdir .

İran İslam Respublikası prezidenti deyib: İran və Azərbaycan Respublikası islam və din məsələləri sahəsində vahid rəyə malikdir ki, islam adı ilə ifratçılığı regionun stabilliyi üçün təhlükə hesab edir .

Ruhani Xəzər dənizinin hüquqi statusunu İran və Azərbaycan Respublikası prezidentlərinin danışıqlarının digər mehvəri adlandırıb və deyib: İki ölkənin önündə Xəzər dənizinin hüquqi statusu barəsində yekun anlaşmanın əldə olunması üçün uzun yol yoxdur və beynəlxalq hüquq və yerinə yetirilməli olan əməkdaşlıqlar barəsində müştərək mövqelərə malikdirlər .

Bu mətbuat konfransında Azərbaycan Respublikası prezidenti İlham Əliyev də bildirib ki, Azərbaycan İranla yaxın və səmimi münasibətləri qurmağı istəyir .

İlham Əliyev deyib: Azərbaycan Respublikası İranla münasibətlərə çoxlu əhəmiyyət və önəm verir. İran və Azərbaycanın xalqları din, tarix və mədəniyyət vasitəsi ilə bir-birinə bağlıdırlar və illərdir ki, bir-birinin kənarında yaşayırlar. Məqsədimiz budur ki, iki ölkənin dostluq münasibətləri möhkəmlənsin, yüksəlsin və iki ölkənin bütün qurumları da bu istiqamətdə hərəkət etməlidirlər .

"Bir çox qüdrət İran və Azərbaycan Respublikasının dostluğunu istəmir və iki ölkənin münasibətlərinə xələl gətirmək ardıncadır. Bu istiqamətdə iki ölkə rəsmiləri bu hərəkətlərlə qarşılaşmağa çalışmalıdırlar" –deyə Azərbaycan Respublikası prezidenti bildirib .

Azərbaycan Respublikası prezidenti əlavə edib: İki ölkə arasında əməkdaşlıq üçün çoxlu imkanlar mövcuddur və bu qənaətdəyik ki, müştərək komissiya çərçivəsində əməkdaşlıqların genişləndirilməsi istiqamətində bütün məsələlər irəli sürülməli və izlənilməlidir .

"Cənab Ruhaninin regional və beynəlxalq məsələlərdəki mövqeyi İran xalqına qürur və fəxr nəsib edəcəkdir" qənaətində olan Azərbaycan Respublikası prezidenti söyləyib: İki ölkə münasibətlərində yeni baxışların yarandığına sevinirik .

Hazırda regionda islam ölkələrini bir-birindən ayırmaq üçün çoxlu səylərin göstərildiyini bəyan edən Azərbaycan Respublikası prezidenti bildirib ki, İran və Azərbaycan arasındakı əməkdaşlıqlar və iki ölkə arasındakı münasibətlərin genişləndirilməsi islamın möhkəmlənməsinə əsaslı kömək edəcəkdir .

İlham Əliyev deyib: Terrorizmlə mübarizə üçün islam ölkələri bir-birinin kənarında durmalıdır. Azərbaycan və İranın bu barədəki mövqeyi eynidir .

Azərbaycan Respublikasının sülhməramlı nüvə enerjisini əldə etmək üçün İranın haqlılığını həmişə dəstəklədiyini bəyan edən İlham Əliyev söyləyib: İranın nüvə enerjisini əldə etməsinə qarşı olanlar bu ölkənin fəaliyyətlərinin sülhməramlı və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qanunları çərçivəsində olduğunun şahidi oldular .

Azərbaycan Respublikası prezidenti Xəzər dənizi məsələləri barəsində də deyib: Xəzər dənizi ilə əlaqədar məsələlər asanlıqla həll olunasıdır .

İlham Əliyev həmçinin müxtəlif sahələrdə iki ölkənin özəl sektoru əməkdaşlıqlarının genişlənməsini müsbət qarşılayıb və onu dəstəkləyib .


  • Yazılıb
  • da (də) 2014 Apr 10