Tarix : 2014 Apr 09
Kod 42458

İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Prezident sarayının qarşısındakı meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb
İrana rəsmi səfəri başlayan Azərbaycan prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Prezident sarayının qarşısındakı meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və İranın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər. Prezidentlər birgə foto çəkdiriblər.

  • Yazılıb
  • da (də) 2014 Apr 09