Tarix : 2014 Apr 09
Kod 42449

İran ilə Azərbaycan münasibətlərinə baxış

İran İslam Respublikası Azərbaycan Respublikasının xalqını heç vaxt özündən ayrı hesab etmiyib

Arannews - Regional və beynəlxalq səviyyədə diqqət mərkəzində olan Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Tehrana rəsmi səfəri sabah səhər başlayacaq .

İran İslam Respublikası 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən olmuş və həmişə bu ölkəyə dost və qardaş gözü ilə baxır. Hazırda iki qardaş ölkə arasında münasibətlərin bərqərar olunmasının 3-cü onilliyinin ilk illərində İran İslam Respublikası və Azərbaycan Respublikası bir-birinin hakimiyyət hüququ və ərazi bütövlüyünə hörmətlə yanaşan və müxtəlif siyasi, iqtisadi, mədəni, ticarət, müdafiə və sairə sahələrdə münasibətlərin genişləndirilməsini istəyən iki dost ölkədir .

İran İslam Respublikasının Azərbaycan Respublikası xalqına, o cümlədən Dağlıq Qarabağ münaqişəsi zamanında çoxlu humanitar yardımları da bu baxışdan qaynaqlanır .

İran İslam Respublikası Azərbaycan Respublikasının xalqını heç vaxt özündən ayrı hesab etməmiş və çoxlu dini, tarixi və mədəni ortaqlıqlara əsasən onların inkişafı və səadətində maraqlı olmuşdur. Bu istiqamətdə İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycan Respublikası xalqının əzab-əziyyətlərinin azalması üçün çoxlu səylər göstərmişdir .

İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində və Dağlıq Qarabağ münaqişəsi zamanından Naxçıvan Muxtar Respublikasının ehtiyac duyduğu elektrik, neft və qazın təmin olunması üçün çoxlu köməklər göstərmişdir .

İran İslam Respublikası həmişə beynəlxalq dairələrdə, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s... Azərbaycan Respublikasına dəstək və Azərbaycan Respublikasının ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağın bu respublikaya aid olması istiqamətində müxtəlif qətnamələrin təsdiqlənməsinin banisi olmuşdur .

2009 -cu ildən İran Azərbaycan Respublikası xalqı üçün birtərəfli qaydada viza rejimini ləğv etmişdir və bu respublikanın vətəndaşları İrana daxil olmaq üçün viza almaq və ona görə vəsait ödəməyə ehtiyac duymurlar .

İran ildə təxminən 1 milyon Azərbaycan Respublikası vətəndaşına ev sahibliyi edir. Bu vətəndaşların əksəriyyəti müalicə və öz ehtiyaclarını təmin etmək üçün İrana daxil olur. Bu da iki ölkə arasında güclü xalq münasibətlərinin əsaslarından biridir .

Bununla belə İran İslam Respublikası ilə Azərbaycan Respublikasının təxminən 23 illik münasibətlərinə diqqət yetirdikdə həmişə eniş-yoxuşların şahidi olmuşuq. Bu da iki ölkənin müştərək tarixinə bəzi fərqli baxışlardan qaynaqlanmışdır .

İki ölkə rəsmiləri həmişə ikitərəfli münasibət və əməkdaşlıqların genişləndirilməsini vacib saymışlar. Halbuki öz mənfur hərəkətləri və açıqlamaları ilə belə bir məqsədin reallaşmasına mane olmağa çalışan bəzi əcnəbi ölkələr, eləcə də bəzi qrup və dairələrin hərəkətlərinin şahidi olmuşuq .

Son dövrdə İranda Tədbir və Ümid hökumətinin iqtidara gəlməsi ilə İrana beynəlxalq baxışın dəyişilməsi, İran və 5+1 qrupu arasında son nüvə anlaşmalarının əldə olunması və İran İslam Respublikasına qarşı ədalətsiz sanksiyaların ləğv olunmasının şahidiyik. Bu da bütün ölkələr, xüsusilə də qonşu ölkələr, o cümlədən Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərdə dəyişikliyin yaranmasına səbəb olmuşdur .

Azərbaycan Respublikası rəsmiləri ötən bir neçə ayda İran İslam Respublikası ilə əməkdaşlıqların genişləndirilməsi və anlaşılmazlıqların aradan qaldırılması istiqamətində müsbət addımlar atmışlar. Bu qısa müddət ərzində Azərbaycan Respublikasının bir neçə yüksək səviyyəli rəsmisi, o cümlədən Milli Məclisin sədri, xarici işlər naziri, fövqəladə hallar naziri İrana səfər etmişdir .

Bu istiqamətdə ən önəmli addım İran prezidenti cənab doktor Həsən Ruhaninin Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevi Tehrana səfərə dəvət etməsidir .

Cənab Əliyevin səfəri iki ölkə münasibətlərində dönüş nöqtəsi ola bilər. İki ölkə yaranmış fürsətdən maksimum şəkildə yararlanmağa çalışır .

İran prezidentinin qarşılıqlı olaraq yaxın gələcəkdə Bakıya səfəri prezidentlərin dövrü səfərlərinin əsasını qoya bilər .

Şübhəsiz iki ölkə prezidentləri və digər rəsmilərin səfərlərinin əsasının qoyulması dostluq və qardaşlığı genişləndirəcək və müxtəlif sahələrdə iki ölkə xalqlarının xeyrinə olacaqdır .

İki ölkə əməkdaşlıqlarının genişləndirilməsi üçün mövcud potensiallar

 

- Qeyri-neft ixracatı

Azərbaycan Respublikasının neft və qaz ixracatçısı olduğunu nəzərə aldıqda İrandan bu ölkəyə ixrac olunan bütün məhsullar qeyri-neft məhsullarıdır. Azərbaycan Respublikası tikinti materialları, xüsusilə sement və klinkeri İrandan idxal edir. Tekstil, avtomobil, kənd təsərrüfatı məhsulları və qida maddələri Azərbaycanın İrandan idxal etdiyi məhsullardandır. Çamadan ticarəti də sərhəd bölgələrində geniş şəkildədir. Azərbaycan Respublikasına belə ixracatın genişlənməsi bu ölkədə əlaqədar özəl sektorlar və dövlət müəssisələrinin daha yaxşı tanınması və onlarla uzunmüddətli müqavilələrin bağlanması, eləcə də Azərbaycan Respublikasına məhsulların ixracı üçün iranlı iş adamlarına bəzi imtiyazların verilməsini tələb edir. Eyni zamanda məhsulların keyfiyyətinin yüksəldilməsi və o ölkəyə ixrac məhsullarının siyahısından keyfiyyətsiz məhsulların çıxarılması Azərbaycan Respublikasına qeyri-neft ixracatının artmasına müsbət təsir göstərə bilər. Azərbaycan Respublikasında müxtəlif sahələrdə İran istehsalına aid sərgilərin keçirilməsi, sərhəd bazarlarının yaradılması, Azərbaycan Respublikası iş adamları və xalqını İranın azad ticarət zonaları, o cümlədən Araz Azad Ticarət Zonası ilə tanış etmək, Azərbaycan Respublikasında mağazalar şəbəkəsi və nümayəndəliyinin yaradılması bu istiqamətdə dəyərləndiriləsidir .

 

- İranın tranzit potensialından istifadə

İran Azərbaycan Respublikasının neft və qazını öz torpağından tranzit etmək iqtidarındadır. Digər tərəfdən şimal-cənub koridorunun təkmilləşdirilməsi və Rəşt-Astara dəmiryolunun Azərbaycan Respublikası dəmiryoluna birləşdirilməsi Azərbaycan Respublikası ilə münasibətlərin genişlənməsində önəmli addım ola bilər .

 

- Texniki və mühəndislik xidmətləri

İran şirkətləri Azərbaycan Respublikasında yolların çəkilməsi, bəndlərin yaradılması, elektrik stansiyaları və binaların tikilməsi sahəsində fəaliyyətlər göstərmişlər. Qeyd olunan sahələrdə və neft-kimya sahəsində ikitərəfli müqavilələrin imzalanması belə əməkdaşlıq və fəaliyyətlərin əsasını qoya bilər. Rəqabətli qiymətlərin təqdim olunması və keyfiyyətə diqqət əməkdaşlıqların genişlənməsi üçün işi asanlaşdıracaqdır .

 

- Turizm

Azərbaycan Respublikası ilə münasibətlərin genişlənməsində yaxşı sahələrdən biri ildə təxminən 1 milyon Azərbaycan vətəndaşının İrana səfəridir. Birtərəfli qaydada viza rejiminin ləğv olunması bu respublika xalqının İranın səhiyyə sektoru, İranda istifadə olunan qida maddələrinin münasib qiyməti, Məşhəd, Qum və s... ziyarət səfərləri olan ehtiyaclarını təmin etməsinə çoxlu kömək etmiş və Azərbaycan vətəndaşlarının İrana səfər etməsində əsaslı rolu oynamışdır. Sərhəd keçidlərində vəziyyətin yaxşılaşdırılması (24 saatlıq xidmətlərin verilməsi və vətəndaşların gecikdirilməməsi), infrastrukturların genişləndirilməsi (otellərin tikilməsi, ictimai nəqliyyatın və əlaqə yollarının yaxşılaşdırılması, müştərək turist mərkəzlərinin yaradılması və turizm xidmətlərinin verilməsi) və sərhədyanı vilayətlərin səhiyyə mərkəzlərinin xidmətlərinin yüksəldilməsi İrana səfər edən Azərbaycan vətəndaşlarının sayının artmasının əsas amili olmuşdur .

 

- İnvestisiyanın cəzb olunması

Azərbaycan Respublikası neft və qaz satışına görə yaxşı gəlirlər əldə etmişdir və İranda gəlirli investisiya sahələrini tanıtdırmaq və müəyyən imtiyazların verildiyi və Azərbaycan Respublikasının əlaqədar rəsmiləri ilə müzakirələr aparıldığı halda bu sahədə yaxşı əməkdaşlıq yaratmaq mümkündür .

 

- Texnologiyanın təqdim olunması

İranın müxtəlif hərbi, neft və qaz, neft-kimya, avtomobilqayırma, polad və s... sahələrində yüksək və müstəqil texnologiyalarının Azərbaycan Respublikasına təqdim olunması imkanı mövcuddur .

Azərbaycan Respublikasının ticarətində İranın yerinin yenidən əldə olunması məqsədilə İran keyfiyyəti yoxlanılmış və qiymət rəqabəti ilə ixracat məhsullarını Azərbaycan Respublikasının bazarına təqdim etməyə çalışır. Satışdan sonrakı xidmətlər də Azərbaycan Respublikasında İranın ucuz qiymətə təqdim etdiyi avtomobillərin istifadəçilərinin diqqətini cəlb etmişdir .

 

Mədəniyyət, təhsil, araşdırmalar, müdafiə və hərbi, ticarət-iqtisadiyyat, elmi və s... sahələrdəki anlaşmaların imzalanması, müddətinin uzadılması və yaxud aktivləşdirilməsi iki ölkə rəsmilərinin gündəmindədir .


  • Yazılıb
  • da (də) 2014 Apr 09