Tarix : 2014 Apr 08
Kod 42435

hicablı şagirdlərə təzyiq

şagirdlərə hicablarını açmaq üçün təzyiqlər edilib və hicabli şagirdlər təzyiq nəticəsində məktəbdən çıxmaq məcburiyyətində qalıblar

Arannews - Türkiyənin Antakya şəhərinin "Kız Meslek Lisesi"nin hicablı şagirdləri məktəb rəhbərliyi tərəfindən təzyiqə məruz qalıb.

Belə ki, şagirdlərə hicablarını açmaq üçün təzyiqlər edilib və 11-ci sinif şagirdi təzyiq nəticəsində məktəbdən çıxmaq məcburiyyətində qalıb.

Bu barədə “Mazlumder” insan haqları təşkilatı etiraz bəyanatı yayıb. Bəyanatda məktəb rəhbərliyinin bu addımının qanunsuz və qəbul edilməz olduğu ifadə edilib.

Məktəb rəhbərliyinə şagirdlərin hüquqlarını bərpa etmək barədə çağırış edilib.

Həmçinin digər hüquq təşkilatlarına, rəsmilərə məsələni nəzərdə saxlamaq və tədbir görmək barədə çağırış edilib.


  • Yazılıb
  • da (də) 2014 Apr 08