Tarix : 2014 Apr 07
Kod 42417

Azərbaycanda məhbus 14 İran vətəndaşı ,İrana ekstradisiya olunub

Azərbaycanda məhbus 14 iranlı ölkəyə qayıtdı

Arannews - Azərbaycan Respublikası həbsxanalarında məhbus 14 İran vətəndaşı Tehran və Bakı arasında məhkumların ekstradisiyası üzrə razılaşmanın icrası istiqamətində İrana ekstradisiya olunub .

İranın Bakıdakı səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi seyid Möhsün Mövlayi İRİB-lə müsahibədə bu məsələni bildirərək əlavə edib: Bu məhbuslar bazar günü Astara sərhəd keçidində İran İslam Respublikasının ədliyyə rəsmilərinə təhvil verildilər və öz məhkumluq dövrlərini İrandakı həbsxanalarda davam etdirəcəklər .

Azərbaycan Respublikasında daha 9 iranlı məhbusun İrana ekstradisiya olunması razılığının bu ölkənin əlaqədar rəsmilərindən alındığına toxunan Mövlayi ümidvarlıq edib ki, bu şəxslər də tezliklə İrana ekstradisiya olunacaqlar .

Novruz ərəfəsində Azərbaycan Respublikası həbsxanalarında məhbus həyatı yaşayan 11 İran vətəndaşı İrana ekstradisiya olunub və İran İslam Respublikası həbsxanalarında məhbus olan iki Azərbaycan Respublikası vətəndaşı da bu çərçivədə Azərbaycan Respublikası ədliyyə rəsmilərinə təhvil verilib .

İranın Bakıdakı səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi narkotik maddələrlə əlaqədar cinayətlərlə bağlı Azərbaycan hökumətinin sərt qanun-qaydalarını xatırladaraq bildirib: Həkim nüsxələrinə əsasən ölkə daxilində bəzi dərmanların daşınması və saxlanılması mümkündür. Bu dərmanlara metadon və narkotikə qurşanmanın qarşısını almaq və yuxuladıcı dərmanları misal göstərmək olar. Amma Azərbaycan Respublikasında bu dərmanları daşımaq və saxlamaq cinayət hesab edilir və ağır cəzalar tətbiq olunur .

Mövlayi Azərbaycan Respublikasına səfər etdikləri zaman iranlılardan bu məsələlərə lazımınca diqqət yetirmələrini və beləliklə də problemlə üzləşməmələrini istəyib .

Mövlayi həmçinin İranın gömrüklərində əlaqədar dairələrdən istəyib ki, bu barədə lazımi xəbərdarlıq və tövsiyələri vətəndaşların diqqətinə çatdırsınlar . / hər tv


  • Yazılıb
  • da (də) 2014 Apr 07